Bu il Azərbaycanda 610 əkiz, 45 üçəm doğulub
Bu il ölkədə 610 əkiz, 45 üçəm doğulub.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin yanvar-fevral ayları ərzində ölkədə 19 158 doğulmuş körpə qeydə alıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub.