Bu il Azərbaycan Tibb Universitetinin rezidenturasına 553 nəfər qəbul edilib

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Tibb Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi və bu sahədə mövcud beynəlxalq proqramların tətbiq olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidenturaya qəbul imtahanının birinci mərhələsində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında IV və V kursların 244 tələbəsi iştirak edib və onlardan 131 nəfəri mərhələni keçiblər.

İmtahanda iştirak edən 1184 məzundan 553 nəfəri rezidenturaya qəbul edilib.