Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb

Baxış
50

Bu il 47 məktəb binasının bərpası başa çatdırılıb.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir. Həftədə 4 saat dərs deyən müəllim nə qədər maaş ala bilər ki?”, – deyə nazir bildirib.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin