Bu il 10-a yaxın yeni xəstəxana fəaliyyətə başlayacaq

Bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Azərbaycanda ən müasir standartlara cavab verən tibb mərkəzinin fəaliyyət göstərmədiyi şəhər və rayon qalmayacaq.
Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı, altı milyon insanın dövlət hesabına tibbi müayinədən keçəcəyini qeyd edib: “Bu da bizim təşəbbüsümüzdür, çox ciddi sosial addımdır və vətəndaşlar bundan faydalanırlar. Hər bir vətəndaş il ərzində öz sağlamlığına fikir verməlidir və müayinədən keçməlidir. Dövlət bu şəraiti yaradıb. İlk növbədə, hər bir yerdə müasir avadanlıqlar var. Eyni zamanda, dövlət hesabına bu məsələ öz həllini tapır”.