Britaniyalı cərrah məhkəmə qarşısında
Britaniyanın tanınmış cərrahı Saymon Bremhol ətrafında 2013-cü ildən yaranmış qalmaqal artıq məhkəməyə kimi çatıb.
Medicina.az xəbər verir ki, qaraciyər, dalaq, mədəaltı vəz köçürülməsi üzrə aparıcı cərrah olan Saymon pasiyentin ciyərinə SB insialını cızmaqda ittiham olunur. İddiaya görə, öz avtoqrafını qoymaq üçün həkim koaqulyatordan istifadə edirmiş.
2013-cü ildə bir xəstənin yenidən əməliyyatı zamanı üstü açılmış bu əmələ görə Bremhol işindən azad olunmuşdu. Bir çox ekspertlərin sözlərinə görə, qaraciyərin üzərində yandırılma yolu ilə atılan insial orqana heç bir zərər vurmur və zamanla sovrulub gedir.
3 pasiyentin ciyərinə imza atan 53 yaşlı həkim Kral məhkəməsi qarşısına çıxarılır. Cərrah özünü 2 epizod üzrə təqsirli bilib, amma bunu pasiyentin sağlamlığına ziyan olmayacağından əmin olduğu üçün etdiyini bildirib.
Qanun onu pasiyentlərə fiziki və mənəzi zərər vurmaqda ittiham edir.
Qeyd edək ki, bu məhkəmə dünya tibb tarixində ən qeyri-adi, çətin məhkəmədir və hökmün necə olacağı məlum deyil.
Medicina.az