Boğazında qoz qalan körpə dünyasını dəyişdi

Sabirabadda 7 aylıq körpə boğularaq ölüb.

Femida.az-ın məlumatına görə, Sabirabadın Əsədli kənd sakini, 7 aylıq Mənsimli Münəvvər Allahverdi qızı boğazın qırtlaq hissəsində yad cismin qalması şikayəti ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin körpənin asfiksiya (boğulma) nəticəsində xəstəxanaya gətirilərkən yolda öldüyü müəyyənləşib. Onun boğazında qoz qaldığı bildirilir.

Femida.az