BMT Çadda vəba ilə mübarizəyə bir milyon dollar ayırdı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Çadda vəba ilə mübarizəyə bir milyon dollar ayırıb.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələləri Əlaqələndirmə İdarəsi açıqlama yayıb.
Məlumatda deyilir ki, vəfa ocaqları ölkəyə qonşu Sudandan gəlmiş çoxlu sayda qaçqının yaşadığı şərq bölgələrində də yayılıb.
Yeni maliyyələşdirmə əsas etibarilə içməli su və sanitariya imkanlarının yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, habelə risklər haqqında məlumatlılıq səviyyəsinin artırılması, qabaqlayıcı tədbirlərin təşviqi üçün yerli icmalarla qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi vasitəsilə xəstəliyin qarşısının alınmasına yönəldilib.