Birinci rübdə əlilliyi olan 8,7 min uşağa reabilitasiya xidmətləri göstərilib

I rübün sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin birinci rübündə əlilliyi olan 8,7 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 5,9 min nəfəri ambulator,  431 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.