Bir nəfərin 30 il kafedra müdiri olmasının dövrü gedib - Rektor
Bakı. Trend:
Kafedra müdirlərinin müəyyən müddət üzrə çalışması təklif edilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin əsasnaməsində dekanların 2 dəfə seçilmə şansı var.
O bunun kafedra müdirinin seçiminə də şamil edilməsinə baxılmasını təklif edib. “Çünki artıq o dövr gedib ki, bir nəfər 30 il kafedra müdiri vəzifəsində çalışsın”, – deyə o qeyd edib.