“Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü"nə həsr olunmuş konfrans keçirilib.
16.11.2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və NİYİB-in birgə təşkilatçılığı ilə “Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü”nə həsr olunmuş konfrans keçirilib.
Konfrans dövlət himninin səsləndirilməsi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.Dosent,Allahverdi Musayevin açılış nitqi və dəvət olunmuş xüsusi qonaqların çıxışı ilə başlayıb. Çıxışlardan sonra iştirakçılara Elmi-Tədqiqat Pediatriya İnstitutunda vaxtında əvvəl doğulmuş uşaqların ilkin instituta gəlişləri, sağalaraq evə yola salındıqları və indiki vəziyyətləri haqqında video çarx təqdim olunub. Rəsmi hissə başlamazdan əvvəl uşaqlardan ibarət rəqs qrupu milli rəqs oynayıblar.
Konfransın qeyri-rəsmi hissəsi bitdikdən sonra məruzəçilər müxtəlif mövzularda çıxış ediblər və iştirakçılar tərəfindən verilən sualları cavablandiriblar.
Onu da qeyd edək ki ,neonatoloq, mama-ginekoloq, pediatrlar üçün nəzərdə tutulan konfransın keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin həyatda qalması üçün səylərin artırılması, vaxtından qabaq doğulmuşların peyvəndlənməsi, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir. Məlumat üçün bildirək ki, həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib.
Tədbirin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.