Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
ATU-nun təşkilatçılığı ilə beynəlxalq UNPSTR konqresi keçirilir
Bu gün Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi (UNPSTR ) öz işinə start verdi. Azərbaycan Konqreslər Bürosunun dəstək verdiyi tədbir Beynəlxalq Pediatriya Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, “Medvoyage” tibbi turizm şirkətinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılan konqresin əvvəlində tanıtım video çarxı yayımlandı.
Tədbirin rəsmi hissəsində Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva çıxış edərək konqres haqqında məlumat verdi. Bildirdi ki, toplantıda 40-a yaxın ölkədən məruzəçilər qatılıb. Ümumilikdə, 300-ə yaxın iştirakçısı olan konqresdə 17 müxtəlif interraktiv panel, sözlü, poster və məruzə panelləri, 2 konfransın keçirilməsi planlaşdırılır.
Dünya Pediatriya Assosiasiyasının Prezidenti Enver Hasanoğlu konqresin mövzuunun dünyanın hər bir ölkəsi üçün aktual olduğunu bildirdi: “Uşaqlar bizim istiqbalımızdır. Biz pediatrların işi çox çətindir. Dünyada təqribən səkkiz milyard əhali var, bunların da 25 faizini uşaqlar təşkil edir. Müxtəlif ökələrdə uşaqların fərqli problemləri var. Aclıqdan, infeksion xəstəliklərdən əziyyət çəkənlər, qaçqın həyatı yaşayan körpələrimiz var. Bu uşaqlara kömək etmək üçün hər birimiz çox işləməliyik. Bu baxımdan, əldə olunan nailiyyətləri bölüşmək, təcrübəmizi paylaşmaq üçün belə yığıncaqların böyük əhəmiyyəti var”.
Açılış nitqlərindən sonra Dünya pediatriya Assosiayasının prezidenti Enver Hasanoğluya ATU adından təşəkkür plaketi, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparat rəhbəri dosent Nadir Zeynalov və ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərova da təşkilatçılar tərəfindən plaketlər təqdim etdi.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparat rəhbəri dosent Nadir Zeynalov ölkəmizin səhiyyə sahəsində əldə olunan uğurlar, aparılan islahatlar haqqında danışdı. O, səhiyyə naziri O.Şirəliyevin konqresin işinə təbriklərini çatdıraraq tədbir iştirakçılarına uğurlar arzuladı.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu konqresin pediatrların işinə böyük töhfə oluğunu bildirdi. Yığıncaqda elmin son nailiyyətləri, pediatriya elminin inkişafına dəstək ola biləcək araşdırmaların müzakirə olunacağını qeyd etdi. R.Bəylərov gələcəkdə bu tip simpoziumların sayının daha da artırılacağını bildirdi.
K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, professor Nəsib Quliyev atıq 26 ildir azərbaycanlı və Türkiyənin pedatlarının iş birliyinin davam etdiyini bildirdi. Bu cür ortaqkonqreslərin təşkilnini artıq ənənə halını aldığını deyən N.Quliyev ölkəmizdə pediatriyanın uğurlarından da bəhs etdi.
Qeyd edək ki, yerli və xarici məruzəçilərin çıxış edəcəyi konqresdə mühüm elmi tədqiqatların nəticələri elan olunacaq. UNPSTR konqresinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirməkdir. Konqres sentyabrın 21-dək davam edəcək.