Beyin şişlərini və bağırsaqlar arasındakı əlaqəni araşdıran tələbə TÜBİTAK mükafatına layiq görüldü

Beyin şişləri və bağırsaqlar arasındakı əlaqəni araşdıran tələbə layihəsi üçün TÜBİTAK-dan mükafat aldı.

Aztibb.az “TRT haber”ə istinadən yazır ki, Türkiyədə üçüncü kurs tələbəsi 16 yaşlı Ceren Sel beyin şişləri ilə bağırsaqlar arasındakı əlaqəni araşdıran layihəsi ilə 56-cı TÜBİTAK Liseyi Tələbələri Araşdırma Layihələri Yarışması Ankara Region Sərgisində biologiya kateqoriyasında birincilik qazanıb.

Melbourne Universiteti tərəfindən ən çox görülən və müalicəsi ən çətin beyin şişi olan “glioblastoma multiforme” ilə bağlı nəşr olunan məqaləni araşdıran tələbə, immunitet sistemini gücləndirmə prinsipinə əsaslanan immunoterapiya baxımından bu problemin müalicəsində bağırsaq və beyin arasındakı əlaqəni araşdırmaq üçün tədqiqat aparıb.

Bağırsaq adlandırılan ikinci beyinlə beyin arasındakı əlaqəni riyazi modelləşdirmədən istifadə edərək, yazdığı kompüter kodları ilə qarşılıqlı əlaqəni yoxlayan tələbə, layihəsinə görə qazandığı birinci mükafatı təkcə akademik nailiyyət olaraq deyil, həm də bəşəriyyətə fayda vermə məqsədinin nəticəsi olaraq qiymətləndirib.