Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğulub
Baxış
30
Bərdədə suda boğulan qızını xilas edən kişi boğulub ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Bərdə rayonu Nazirli kəndində yerləşən su kanalında baş verib.
1981-ci il təvəllüdlü Sərəncam Kərimova ehtiyatsızlıqdan kanala yıxılaraq boğulma təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn 1957-ci il təvəllüdlü Yasin Əvəz oğlu Kərimov qızını sudan çıxarmaq üçün kanala girib. Qadını xilas edən Y.Kərimov özü boğulub ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli
Şərhlər (0)