Bayramınız mübarək !!!
Dəyərli həmvətənlər,
Azərbaycanın ilk milli pediatrik internet portalı olan – PEDİATRİYA.AZ saytının kollektivi adından Sizləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.
Arzu edirik ki, gələcəyimiz olan balalarımız yalnız və yalnız ümumi müayinə və peyvənd olunmaq üçün həkimlərə müraciət etsinlər.
Dəyərli həkimlərimizə isə çətin və şərəfli işlərində uğurlar arzu edirik. Əminik ki, 2020-ci ildən ölkəmizin bütün ərazisində tətbiq olunacaq tibbi sığorta sistemi səhiyyəmizi daha da inkişaf etdirəcəkdir.
Bir daha Sizləri təbrik edirik, şəxsi və peşə fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirik.
PEDİATRİYA.AZ