Bayram günlərində 6 nəfər dəm qazından, 7 nəfər araqdan zəhərlənib
Bayram günlərində 6 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə AzVision.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Şöbə müdiri qeyd edib ki, həmin şəxslərdən 4-ü qadın, 2-i kişi olub: “4 gün ərzində sərxoşluqla bağlı 7 nəfər mərkəzə gətirilib. Daha 3 nəfər allergik reaksiya, 1 nəfər isə dərman zəhərlənməsi ilə bağlı müraciət edib. Müraciət edənlərdən şöbədə qalan yoxdur, hamısı evə buraxılıb”.