Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlandı - Azərbaycanda

Baxış
56

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-a daxil olan ilkin məlumata görə, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://lent.az/xeber/kriminal/bicaqlanan-bas-hekimin-muavini-vuqar-qurbanovun-soyadini-deyisen-qohumu-imis-yenilenib-40691232

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin