Balakəndə 3 yaşlı uşaq su vannasında boğularaq ölüb

Balakən rayonunda 3 yaşlı uşaq evin həyətində su vannasında boğulub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Hənifə kəndində baş verib.
Belə ki, yaşadığı evin həyətində su vannasına düşən 2022-ci il təvəllüdlü kənd sakini Rəvan Məmmədov boğularaq ölüb.