Bakıda valideyn himayəsindən məhrum uşaqlar üçün konsert keçirilib (FOTO)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar konsert keçirilib.
İdarədən Trend-ə verilən məlumata görə, konsertdə tanınmış opera ifaçısı, xalq artisti Fidan Hacıyeva möhtəşəm konsert proqramı ilə uşaqlara bayram əhval-ruhiyəsi bəxş edib. Həmçinin, müğənni Nüşabə Musayevanın və Fidan Hacıyevanın rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tələbələrinin çıxışları hər kəsdə xoş ovqat yaradıb.
Sonda uşaqlarla müxtəlif oyunlar və viktorinalar keçirilib, hədiyələr təqdim olunub.
Trend