Bakıda uşaqların döyüldüyü bağçanın müdirinin məhkəməsi başlayır
Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
Report.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçiriləcək hazırlıq iclası noyabrın 23-nə təyin edilib.
Cinayət işi hakim Hüseyn Səfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio” Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq törədib.