Bakıda uşaq poliklinikasında baş vermiş yanğın söndürülüb
Bakıda baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.
Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.
***16:15
Bakıda yanğın hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, 17 saylı uşaq poliklinikasında qeydə alınıb.
Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.
Ətraflı məlumat veriləcək.