Bakıda uşaq beşinci mərtəbədən yerə yıxılıb
Binəqədi rayonunda bədbəxt hadisə zamanı 10 yaşlı uşaq xəsarət alıb.
“Report”un xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində baş verib.
Süleyman Sani Axundov küçəsində 2008-ci il təvəllüdlü Quliyev Murad Vahid oğlu yaşadığı binanın 5-ci mərtəbəsinin eyvanından ehtiyyatsızlıqdan yerə yıxılıb. Uşaq müxtəlif sınıq xəsarətləri alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.
XəbərAl.az