Bakıda polis tərəfindən tapılmış azyaşlı valideynlərinə təhvil verilib

Bakıda polis əməkdaşları tərəfindən tapılmış 7 yaşlı Yusif Abbasovun valideynləri müəyyənləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev “Facebook” sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, azyaşlı valideynlərə təhvil verilib.

Bakıda evi valideynlərdən xəbərsiz tərk etmiş 7 yaşlı uşaq polis tərəfindən tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev “Facebook” sosial şəbəkə hesabında məlumat verib.

Məlumatda deyilir: “Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Yusif Nurxan oğlu Abbasov dediyinə görə, Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”.