Bakıda pediatrik xəstəliklərlə bağlı beynəlxalq konfrans keçirilib
Bakıda Azərbaycan-Türkiyə Pediatrik Xəstəliklərin Menecmentinə dair beynəlxalq konfrans keçirilir. e-tibb.az-ın xəbərinə görə, tədbirin təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Beynəlxalq Sağlamlıq və Gözəllik Akademiyası (International Health and Beauty Academy – IHB Academy) və “Uptodate in Medicine”dir. Konfransda Azərbaycan və Türkiyədən olan ekspert-məruzəçilər tərəfindən pediatrik xəstəliklərin müasir diaqnostika və müalicəsi ilə bağlı çıxışlar olunub, müzakirələr aparılıb.
Konfrans Azərbaycan Səhiyyə Nazirliyinin elmi şurası tərərəfindən akkreditasiya olunub və həkimlərə 8 kredit balı təqdim ediləcək. Tədbirdə 500-ə yaxın pediatr qatılıb, Türkiyədən 4 professor olmaqla 15 pediatr iştirak edib.