Bakıda ən son avadanlıqlarla təchiz edilmiş tibbi diaqnostika mərkəzi fəaliyyətə başladı

Azərbaycanda dünyanın ən son laboratoriya avadanlıqları ilə təchiz edilmiş tibbi diaqnostika mərkəzi fəaliyyətə başlayıb. Bakı şəhəri Aşıq Molla Cümə küçəsi 44 ünvanında yerləşən “Ellab Diaqnostik” bütün istiqamətlərdə mikrobiologiya, genetika, immunologiya, biokimya və s. sahələrdə dəqiq analizlər aparır.

“Ellab Diaqnostik” mərkəzi müştərilərinə keyfiyyətli xidmət, münasib qiymət və analiz nəticələrində dəqiqlik barəsində zəmanət verir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə aparılmayan bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını təmin etmək, pasiyentlərin ehtiyaclarına uyğun yüksəkkeyfiyyətli laborator və poliklinik xidmətlər göstərməkdir.

“Ellab Diaqnostik”də quraşdırılan Siemens, Roche, Biomerius, Tecan, Beckman, Acces 2, Redcell, Berkhun SDM-100, ERBA 760, Rotor Gene-Q, Atellica 630, COBAS E 411, Vitek 2, Bact/Alert 3 D, Proviva və s. kimi ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar həm sizin gözləmə müddətinizi qısaldır, həm də daha dəqiq nəticələr almağınızı təmin edir.

“Ellab Diagnostik” beynəlxalq standartlarda olduğu kimi analizlərin aparılması və diaqnozun düzgün təyin olunması məqsədilə tibbi cihazları hər gün kontrol və kolibrator yoxlamalarından keçirir. Laboratoriya, eyni zamanda, Türkiyə, Almaniya, ABŞ-ın qabaqcıl klinikalarının laboratoriyaları ilə müqavilə əsasında Azərbaycanda edilməyən nadir analizləri də qəbul edir.

Qeyd edək ki, “Ellab diaqnostik” mərkəzində 32000-dən artıq genetik test, 1500-dən artıq müxtəlif növdə laborator müayinələr aparılır. Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. İnteqrasiya sistemi vasitəsilə müayinə nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Müayinələrin nəticələri bir neçə yoxlama mərhələsindən keçir. İlkin nəticə tibbi texniklərin nəzarətindən, ikinci mərhələdə həkim laborantlar, üçüncü mərhələdə isə klinikanın direktoru, biokimya və molekulyar biologiya uzmanı dr. Eldar Əliyevin nəzarətindən keçir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasiyentə təqdim olunur.

“Ellab Diagnostik”ə müraciət edərək vaxtınıza və büdcənizə qənaət edəcək, eyni zamanda, keyfiyyətli xidmət alacaqsınız.