Bakıda bir neçə xəstəxana birləşdirilir

Bakıda bir neçə xəstəxana birləşdirilir.

“Ölkə.Az”ın məlumatına görə, “M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” Publik Hüquqi Şəxs “Xüsusiləşdirilmiş Angioloji Mərkəz”in ona qoşulması ilə yenidən təşkil olunur.

Həmçinin “K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxs “Uşaq Nevroloji Xəstəxanası” və “6 nömrəli Uşaq Klinik Xəstəxanası”nın ona qoşulması ilə yenidən təşkil edilir.

Könül

Ölkə.az