Bakıda Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı keçiriləcək
Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə 24–26 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində ölkənin ən nüfuzlu elmi tədbirlərindən biri – “Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı” baş tutacaq.
Azmedinfo.az xəbər verir ki, tədbir Uptodate in Medicine və LASOMED Group-un təşkilati dəstəyi, həmçinin Azərbaycan Pediatriya Jurnalının elmi partnyorluğu ilə keçiriləcək.
Qurultay çərçivəsində:
-
Müasir pediatriyanın əsas çağırışlarına həsr olunmuş məruzələr və təqdimatlar,
-
Yerli və xarici ekspertlərin iştirakı ilə elmi fikir mübadiləsi,
-
Kliniki halların praktiki müzakirəsi və interaktiv sessiyalar,
-
Qurultaydan öncə təşkil olunacaq xüsusi təlim kursları,
-
Sertifikat və Davamlı Tibb Təhsili (DTT) üzrə balların əldə olunması,
-
Tibbi sahədə yeni məhsul və texnologiyalarla tanışlıq,
-
Peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün geniş imkanlar təqdim ediləcək.
Qurultay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rəsmi şəkildə akkreditasiya olunacaq.
Bu mötəbər elmi platforma iştirakçılar üçün həm biliklərin zənginləşdirilməsi, həm də yeni peşəkar üfüqlərin açılması baxımından mühüm əhəmiyyət daşıyacaq.