Bakıda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq ölüb
Bakının Yasamal rayonunda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.
“Report”un xəbərinə görə, hadisə Yeni Yasamal yaşayış massivində, doqquzmərtəbəli binada baş verib.
Bakı Şəhər Prokurorluğundan “Report”a fakt təsdiqlənib, bildirilib ki, dünyasını dəyişən 2017-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Ceyhun qızıdır.
Bu cür faciələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görün. Övladınızı hətta deyərdik ümumiyyətlə eyvana çıxarmayın. Övladınız eyvanın yolunu belə tanımamalıdır. Eyvanda övladınızın üzərinə çıxa biləcək heç nə saxlamayın. Övladınızı nəzarətsiz buraxmayın, onu tək buraxmayın. Ehtiyatlı olun… Sonrakı peşmançılıq fayda verməz …
PEDIATRIYA.AZ