Bakı Ürək Mərkəzində xeyriyyə aksiyası keçirilib
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində xeyriyyə aksiyasi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində anadangəlmə ürək qüsuru olan iki yaşadək uşaqlar üzərində mədəciklərarası çəpərin qüsuru əməliyyatı uğurla aradan qaldırılıb. Əməliyyatlar mərkəzin kardiocərrahı Elnur Həsənovun rəhbərlik etdiyi həkim briqadası tərəfindən aparılıb.
Uşaqlar əməliyyatdan iki gün sonra evə yazılıblar.
Qeyd edək ki, bu problem anadangəlmə ürək qüsurları arasında geniş yayılıb. Bu mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması ilə müşahidə olunan problemdir. Belə olduqda həyatlarının üçüncü ayından etibarən uşaqlarda durğun ürək çatmazlığı meydana çıxır. Problem uşaqlarında tənəffüsün tezləşməsi, tez yorulma, həddindən artıq tərləmə və çəkidə geri qalma müşahidə olunur.
Kiçik yaşlarında olunan əməliyyatın riski aşağıdır və demək olar ki, xəstəliyin bütün simptomları aradan qalxır.