BDU-da oftalmoloji müayinələr aparılacaq

Göz xəstəliklərini vaxtında aşkar etmək, bu sahədə monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə və həll etmək məqsədi ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi mütəmadi olaraq müxtəlif təhsil müəssisələrində humanitar aksiyalar keçirir, paytaxtda və respublikanın müxtəlif regionlarında əhaliyə səyyar xidmət göstərir.

Mərkəzdən AZƏRTAC-a verilən xəbərə görə, Səyyar Klinika martın 14-də növbəti marşrutunu ölkəmizin ən iri təhsil ocaqlarından olan Bakı Dövlət Universitetindən salacaq.

Həmin gün universitetin müəllim və tələbələri oftalmoloji yoxlamalardan keçiriləcəklər.

 

AZƏRTAC