Azərbaycanlı tələbənin tibb üzrə tədqiqatı Türkiyədə Beynəlxalq konqres tərəfindən qalib elan edilib

Ankara, 14 noyabr, AZƏRTAC

Türkiyənin Yozqat Universitetinin tibb fakültəsinin ikinci kurs tələbəsi Ağacan Musalı Türkiyə Diaspor və Xaricdəki Həmvətənlər İdarəsi (YTB) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Tələbə Elmi Konqresinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı tələbə tibb elmləri kateqoriyasında müxtəlif universitetlərin tələbələri arasında ən yaxşı tədqiqatçı seçilib.

Azərbaycanlı tələbə mürəkkəb patoloji halların diaqnostikasında ChatGPT neyron şəbəkəsinin imkanlarını araşdırıb.

Bakı Patologiya Mərkəzinin həkimi Camal Musayev gənc tələbəyə tədqiqat işinin yazılması zamanı elmi dəstək göstərib.

YTB Konqresində 44 ölkədən 135 tələbə iştirak edib.

Yozqat Universitetinin Tibb fakültəsinin dekanlığı azərbaycanlı tələbəni uğuru münasibətilə təbrik edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara