Azərbaycanlı həkim-neonatoloq beynəlxalq elmi konqresdə sertifikata layiq görülüb

Bakı, 8 aprel, AZƏRTAC

Türkiyənin Antalya şəhərində Türk Neonatoloji Dərnəyi tərəfindən “UNEKO 27” beynəlxalq konqresi keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı da konqresdə iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqres çərçivəsində yenidoğulmuş körpələrə qulluq və onların xəstəliklərinın yeni invaziv müalicə metodlarına dair kurslar təşkil olunub.

Ölkəmizi təmsil edən həkim-neonatoloq “Yenidoğulmuşlarda neyromonitorizasiya” kursunda aktiv iştirak edərək sertifikata layiq görülüb.

Konfransda Səhiyyə Nazirliyinin tibbi yardım təşkili şöbəsinin müdir müavini Nərgiz Şərifova da iştirak edib.