Azərbaycanda şok olay: ata 11 aylıq övladını qəsdən yerə çırpdı
Bakıda ata 11 aylıq övladını yerə çırpıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində baş verib.
Bildirilib ki, ata E.A. 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən E.A. tutularaq istintaqa təhvil verilib.
Uşağın vəziyyətinin çox ağır olduğu bildirilir.