Azərbaycanda müəmmalı ölüm: Üç aylıq körpənin meyiti su quyusundan tapıldı
Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su quyusundan üç aylıq körpənin meyiti aşkarlanıb.
“Report”un xəbərinə görə, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.
Amma hələlik hadisənin təfərrüatı məlum deyil.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.