Azərbaycanda “Milli Pediatriya Dərnəyi” fəaliyyətə başladı

Baxış
248

Azərbaycanda uşaq sağlamlığının qorunması və pediatriya sahəsində elmi biliklərin inkişafı istiqamətində mühüm addım atılıb – “Milli Pediatriya Dərnəyi” (MPD) rəsmi olaraq fəaliyyətə başlayıb.

Yeni yaradılan bu dərnək, ölkəmizdə uşaq sağlamlığı sahəsində multidisiplinar əməkdaşlığın təşviqini, elmi və praktik biliklərin paylaşımını, habelə valideynlər və cəmiyyət üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsini qarşısına əsas məqsəd kimi qoyur.

MPD-nin idarə heyətinə ölkənin müxtəlif bölgələrindən və ixtisaslaşmış tibb müəssisələrindən tanınmış pediatrlar daxildir.

Yaxın günlərdə dərnəyin fəaliyyət istiqamətləri, planlaşdırılan tədbirlər və üzvlük qaydaları barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.

Bu əlamətdar hadisə münasibətilə “Pediatriya.az” komandası olaraq “Milli Pediatriya Dərnəyi”ni səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin