Azərbaycanda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib
Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2020 təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəsi içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.
Hazırda körpənin vəziyyəti normaldır.