Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi ən tez gələn ilin aprelinə mümkün ola bilər - Yaqut Qarayeva
Bakı. Samir Əli – Trend:
Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi yaxın vaxtlara gözlənilmir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bunun tətbiqi hələ mümkün deyil: “Peyvəndin tətbiqi ən tez gələn ilin aprel ayına mümkün ola bilər. Ona görə də bu qışı karantində keçirməliyik”.