"Azərbaycanda Kistoz fibrozda Yeni Dövr" adlı tədbir keçiriləcəkdir
Kistik Fibroz Xəstələrinə Yardım İçtimai birliyi və Azərbaycan Pediatriya Cəmiyyəti birlikdə təşkil etdikləri “Azərbaycanda Kistoz fibrozda Yeni Dövr” adlı tədbir keçirəcək .
“Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi” və ” Azərbaycan Pediatriya Cəmiyyəti” olaraq məqsədimiz ölkəmizdə tibb personalının maarifləndirilməsi, diaqnostikanın və müalicənin təşkili, həmçinin əlaqədar qurumların iştirakı ilə ölkə xaricindən həkim qrupunun dəvət edilməsi və onların iştirakı ilə tədbirlərin keçirilməsini təşkil etməkdir .
📌Belə tədbirlərimizdən biri “Azərbaycanda Kistoz Fibrozda Yeni Dövr” mövzusunda olacaq.
Tədbirdə Kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti, beynəlxalq təcrübə, yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatının davamlılığı, yaranan problemlərin həlli yolları müzakirə ediləcək.
🗓️Tədbirin vaxtı: 21 – 22 Noyabr
⌚21 Noyabr 10:00-13:30 rəsmi hissənin açılışı olacaq.
Rəsmi hissədə əlaqədar dövlət və səhiyyə qurumları ,VCT nümayəndələri , Türkiyə Respublikasından qonaqlar iştirak edəcəklər.
Tədbir əvvəldən planlaşdirildiği kimi digər saat və gündə birlik tərəfindən dəvət olunmuş pediatr ,terapevt və pulmonoloqlarla təlim kecilərək davam edəcəkdir .
Məlumat üçün bildiririk ki KiFYİB (Kistik Fibroz Xəstələrinə Yardım İçtimai birliyi) beş (5) ildir təsis olunub (29.09.2017) Təsis olunduğu vaxtdan Kistoz fibrozlu pasientlərin hüquqlarını müdafiə etməyə digər tərəfdən ictimaiyyət arasında maarifləndirməni aparmağa davam edir.
🛑Tədbirin keçiriləcəyi ünvan:
JW Marriott Abseron ,Hövsan zalı
KIFYIB.Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi
@Azərbaycan Pediatriya Cəmiyyəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
TƏBİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Unicef Azerbaijan
World Health Organization Azerbaijan
CF Europe
#Kistozfibrozdayenidövr #regionlardakistozfibroz #yaşamaqkistozgibrozlularindahaqqıdır
#BirudumnəfəsnaminəKifyib #səhiyyə #yetişkinkistozfibrozlularnəzarətdəolacağıyerolsun
#Kistozfibrozmərkəzləriolsun #dərmantəminatınındavamlılığı #mualicəninəlcatanlılığınıtəminetmek