Azərbaycanda görünməmiş olay: Ailə uşağını qonşuya verib yoxa çıxdı

Azərbaycanda valideynlər görünməmiş yolla uşaqdan imtina ediblər.

Cebhe.info xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi məlmat yayıb.

Qeyd edilib ki, ailə 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün verib:

“Neçə gündür uşağı götürmədiklərinə görə qonşu uşağın atasına zəng edib. Atası bildirib ki, mənə uşaq lazım deyil. Anaya isə zəng çatmır. Qonşu bildirir ki, artıq balacaya baxa bilmədiyi üçün sığınacağa gətirib”.

Uşaq hazırda birliyin sığınacağındır.

Xəzər

Cebhe.info