Azərbaycanda çətin vəziyyətdə olan körpə üzərində uğurlu əməliyyat aparılmışdır
Bakıda 770 qramlıq Nekrotizan enterokolit (bağırsaq çürüməsi) diaqnozu ilə vaxtından əvvəl anadan olmuş körpə üzərində cərrahiyyə əməliyyatı yerinə yetirilmişdir.
Dəyərli həkimimiz Aqil Əbilov tərəfindən körpə üzərində icra edilmiş əməliyyat uğurlu olmuşdur. Həkimin sosial şəbəkədə qeyd etdiyi məlumata görə, artıq körpənin çəkisi 970 qram olmuşdur.
Azərbaycanın ilk milli pediatrik internet portalı olan – Pediatriya.az saytının kollektivi adından həkim Aqil Əbilova çətin və şərəfli işlərində uğurlar arzu edirik.
Pediatriya.az