Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub

Baxış
24

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.

Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.

Məlumata görə, Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin