Azərbaycanda baş həkim vəzifəsindən azad edildi

Azərbaycanda baş həkim işdən çıxarılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı Oxu.Az-a təsdiq ediblər.

Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib. Qeyd edilib ki, onun müqaviləsinin müddəti uzadılmayıb.