Azərbaycanda 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir

Baxış
41

Bakı, 30 yanvar, AZƏRTAC

İlkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.

Hesabatda bildirilib ki, əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin