Azərbaycanda 1-ci sinif şagirdi faciəli şəkildə vəfat etdi

08 fevral 2022 14:30 (UTC +04:00)

Cəlilabadda I sinif şagirdini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Ocaqlı kəndində baş verib.

Həmin kənddə yerləşən məktəbin həyətində 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərəyanı vurub. Nəticədə məktəbli keçinib.

Faktla bağlı araşdırma aparılır.