Azərbaycan və Belarus səhiyyə nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlığa dair Proqram (“Yol Xəritəsi”)” imzalanıb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov başçılıq etdiyi nümayəndə heyətinin 3 oktyabr tarixində Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Azərbaycan və Belarus səhiyyə nazirlikləri arasında “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Belarus Respublikasının Səhiyyə Nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlığa dair Proqram (“Yol Xəritəsi”)” imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Belarusun səhiyyə naziri Aleksandr Hocayev imzalayıblar.

Two officials are signing documents at a table, with flags of Azerbaijan in the background and other officials standing behind them.

Səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi”ndə akademik və elmi mübadilə, tibbi kadrların hazırlanması, əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Eyni zamanda, sənəd tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma, eləcə də elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.