Azərbaycan Tibb Universitetinin professoru yüksək vəzifəyə təyin olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2025-ci il tarixli 451 nömrəli Sərəncamı ilə Nigar Ağabala qızı Ağayeva Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini təyin edilmişdir.

Pediatriya.az bildirir ki, professor Nigar Ağayeva Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının professorudur, biologiya elmləri doktorudur. Təyinatdan öncə professor N.Ağayeva bundan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri vəzifəsində çalışmışdır.

Professor N.Ağayevanı yüksək vəzifəyə təyinatı ilə əlaqədar təbrik edirik, fəaliyyətində uğurlar arzu edirik.