Azərbaycan Tibb Universitetinin müəllimi Samir Müslümzadə vəfat edib
Baxış
248

Azərbaycan Tibb Universitetinin (AMU) “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasının müəllimi, assistent Samir Ağabala oğlu Müslümzadə vəfat edib.
Samir Müslümzadə uzun illər Azərbaycan Tibb Universitetində çalışaraq əczaçılıq sahəsində kadr hazırlığında, elmi və pedaqoji fəaliyyətində özünəməxsus xidmətlər göstərib. O, əvvəlcə Əczaçılıq texnologiyası kafedrasında baş laborant, daha sonra isə assistenti kimi fəaliyyət göstərmiş, bir sıra elmi məqalələrin müəllifi olmuşdur.
Allah rəhmət eləsin
Şərhlər (0)