Azərbaycan Tibb Universitetində fləşmob keçirilib
17 may-Dünya Arterial Hipertoniya ilə Mübarizə Günü münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) bu ali məktəbin 70 tələbəsinin iştirakı ilə EKQ formalı fləşmob keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fləşmob haqqında ATU-nun tələbə gənclər təşkilatının sədr müavini Rauf Vəliyev məlumat verib: “Tədbirin təşkilində əsas məqsəd ictimaiyyətə bu günün vacibliyini xatırlatmaqdır. Bundan əvvəl də universitetimizdə tibb dünyasında qeyd olunan xüsusi günlərlə əlaqədar fləşmoblar təşkil olunub”.
Aksiya iştirakçıları tədbirin təşkilində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.