Azərbaycan Pediatriya Cəmiyyətinin növbəti uğuru

Azərbaycan Pediatriya Cəmiyyətinin nümayəndə heyəti 8-11 may 2025-ci il tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) 31-ci Konqresində iştirak edib.
Konqresdə Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, həkim Əli Quliyev və sədr müavini, həkim Erkin Rəhimov ölkəmizi layiqincə təmsil ediblər.
Tədbir çərçivəsində keçirilən səsvermədə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən hadisə baş verib. Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini, həkim Erkin Rəhimov səs çoxluğu ilə Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə (Standing Committee) təkrar üzv seçilib. Bu mötəbər beynəlxalq vəzifə Erkin Rəhimova Mərkəzi Asiya regionunu təmsil etmək üçün etibar olunub.
Bu mühüm uğur Azərbaycan pediatriyasının beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, ölkəmizin qlobal pediatriya siyasətində fəal söz sahibi olduğunu bir daha təsdiqləyir.
Pediatriya.az kollektivi olaraq, həkim Əli Quliyev və həkim Erkin Rəhimov başda olmaqla, bu böyük nailiyyət münasibətilə Azərbaycan Pediatriya Cəmiyyətinin bütün üzvlərini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!