Azərbaycan Pediatriya Cəmiyyətinə yeni sədr seçilmişdir

Pediatriya.az məlumat verərək bildirir ki, Azərbaycan Pediatriya Cəmiyyətinə yeni sədr seçilmişdir. Seçkiyə əsasən Cəmiyyətin sədri tibb elmləri üzrə fəlsəfə doktoru uzman – pediatr Əli Quliyev seçilmişdir. Qeyd edək ki, bundan öncə cəmiyyətin sədri “Baku Medical Plaza” Hospitalının Pediatriya və Neonatologiya, Yenidoğulmuşların reanimasiyası şöbələrinin müdiri uzman Erkin Rəhimov olmuşdur.

Bakıda III Milli Pediatriya Konqresi keçirilir

Azərbaycan Pediatriya Cəmiyyəti

Xatırladaq ki, “Azərbaycan Pediatriya Cəmiyyəti”nin yaradılmasında məqsəd Azərbaycanda körpə və uşaq sağlamlığının inkişafına və pediatriyanın irəliləməsinə xidmət etməkdən olmuşdur.. Məqsədi reallaşdırmaq üçün dərnəkdə davamlı elmi konfranslar, seminarlar, maarifləndirici toplantılar təşkil olunur. Əsas səbəbi reallaşdırmaq üçün birliyin həyata keçirəcəyi mövzular və iş yolları aşağıdakılardır:

  • Pediatriya sahəsində çalışan mütəxəssislərin öz bilik və təcrübələrini bölüşə biləcəyi fəaliyyətləri dəstəkləmək;
  • Uşaq hüquqları, uşaq sağlamlığının, böyümə və inkişafının monitorinqi;
  • Ana südü ilə qidalanmanın dəstəklənməsi və təşviqi;
  • Sağlam qidalanma, sağlamlıq skrininqləri, peyvənd təcrübələri, habelə, məktəb əsasında uşaq sağlamlığının qiymətləndirilməsində əsas ətraf mühit faktorlarının nəzərə alınmasını təmin etməklə, uşaq istismar laqeydliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların, xüsusən də sağlamlıq imkanları məhdud uşaqlar üçün profilaktik olaraq bu sahədə sosial şüurun yaradılması və məlumatlılığın artırılması;
  • Bu məsələlərlə bağlı aktual sübuta əsaslanan məlumatları akademiklərə, ekspertlərə, cəmiyyətə ötürmək və bu mövzularda siyasət yaratmaq üçün elmi araşdırmalar aparmaq, dövlət qurumlarına və təşkilatlarına məsləhət vermək.

 

MedEra Hospitalının Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışan Əli Quliyevi Azərbaycan Pediatriya Cəmiyyətinin sədri seçilməsi münasibətilə təbrik edirik, ona fəaliyyətində uğurlar arzu edirik.

Hörmətlə,

Возможно, это изображение ребенок, больница и текст