Avqustun 30-da Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Baxış
29

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 30-da Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşlarla görüşəcəklər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini Şəki Mərkəzi Rayon Xəstəxanasında, Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin